Hollivud ulduzu xəstəxanalıq oldu
    • Dünən, 21:42
    • 50

Hollivud ulduzu xəstəxanalıq oldu


Hollivud aktyoru Zak Efron İbizadakı villalardan birində istirahət edərkən xəstəxanaya yerləşdirilib.

News24.az oxu.az-a istinadən xəbər verir ki, Efron villa işçiləri tərəfindən hovuzda tapılıb.

Hadisənin təfərrüatı açıqlanmasa da, aktyorun xəstəxanaya yerləşdirildiyi məlum olub.

Daha sonra sənətçinin nümayəndəsi bildirib ki, Zak Efron ehtiyat tədbiri olaraq xəstəxanaya aparılıb. İndi aktyorun evə buraxıldığı və özünü yaxşı hiss etdiyi bildirilir.Ə