Əli Əsədov Rusiya Baş nazirinin müavini ilə görüşüb
    • 22-01-2024, 21:35
    • 192

Əli Əsədov Rusiya Baş nazirinin müavini ilə görüşüb


Yanvarın 22-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçukla görüşüb.

Nazirlər Kabinetinin News24.az-a bildirilib ki, görüşdə Azərbaycan-Rusiya iqtisadi-ticari əməkdaşlığının aktual məsələləri və birgə layihələrin həyata keçirilməsinin gedişatı müzakirə olunub.

Tərəflər Azərbaycan-Rusiya əməkdaşlığının 2024-2026-cı illər üçün əsas istiqamətlərinin inkişafı üzrə Yol Xəritəsinin imzalanmasının əhəmiyyətini qeyd ediblər.