-
- 24-01-2024, 00:00
- 273
Şahzadə Harri KOR-PEŞMANI: "Həyatın qısa olduğunu anladı"
Şahzadə Harri Uels şahzadəsi Keyt Middlton və Böyük Britaniya kralı III Çarlzın səhhəti ilə əlaqədar kral ailəsi ilə münasibətləri yaxşılaşdırmağı planlaşdırır.
News24.az Publika.az-a istinadla xəbər verir ki, bu barədə "Daily Mirror" məlumat yayıb.
Qeyd olunur ki, şahzadə özünü günahkar hiss edir və vətəninə qayıtmağı düşünür.
"Çox şey olsa da, belə vaxtlar ona həyatın qısa olduğunu və ailənin vacib olduğunu xatırlatdı", - agentliyin mənbəsi deyib.
Bundan əvvəl III Çarlzın xoşxassəli prostat xəstəliyinə görə xəstəxanaya yerləşdiriləcəyi məlum olub. Bukingem Sarayından verilən məlumata görə, onun vəziyyəti qənaətbəxş qiymətləndirilir.
Yanvarın 17-də Kate Middletonun qarın nahiyəsindən əməliyyat olunduğu bildirilir. Yanvarın 16-da London klinikalarından birində baş verən cərrahi müdaxilənin planlaşdırıldığı qeyd edilir.