Şahzadə Harri "Əlahəzrət" titulundan məhrum edildi
    • 9-08-2023, 11:03
    • 360

Şahzadə Harri "Əlahəzrət" titulundan məhrum edildi

Böyük Britaniya kral ailəsinin rəsmi internet saytı Şahzadə Harrinin  “Əlahəzrətləri” titulunu silib . 

News24.az xəbər verir ki,  bu barədə “Page Six” məlumat yayıb. 

Kral ailəsinin hər bir üzvünün yer aldığı Kral Ailəsi bölməsində Şahzadə Harri və Meqan Marklın adları səhifənin aşağısına köçürülüb.
Nəşr qeyd edir ki, bu, Şahzadə Harri və Meqan Marklın kral ailəsinin işləyən üzvlərinin vəzifələrini tərk edərək Böyük Britaniyadan ABŞ-a köçdükdən üç il sonra baş verib.

2020-ci ilin yanvarında Şahzadə Harri və Meqan Markl krallıq vəzifələrindən istefa verib və kral statuslarını itiriblər.
 
Arzu