Ukraynalı əsirlərin olduğu təyyarə qəzaya uğradı
    • 24-01-2024, 15:30
    • 154

Ukraynalı əsirlərin olduğu təyyarə qəzaya uğradı

Ukraynalı əsirləri daşıyan Rusiyanın İl-76 nəqliyyat təyyarəsi Belqorod vilayətində qəzaya uğrayıb.

News24.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

“Bakı vaxtı ilə saat 11.00 radələrində "İl-76" təyyarəsi Belqorod vilayətində planlı uçuş zamanı qəzaya uğrayıb. Təyyarədə Ukrayna Silahlı Qüvvələrinin əsir götürülən 65 hərbçisi, onları müşayiət edən 3 nəfər, eləcə də altı heyət üzvü olub”, - məlumatda deyilir.

Qəza nəticəsində 74 nəfər ölüb.

Qeyd edək ki, Ukrayna bu gün pilotsuz uçuş aparatları ilə Belqoroda hücum edib.

Mehriban Mirzəzadə