Venesuelada Su-30 təyyarəsi qəzaya uğradı: polkovnik öldü
    • 2-07-2023, 23:27
    • 196

Venesuelada Su-30 təyyarəsi qəzaya uğradı: polkovnik öldü

Venesuelada təlim uçuşu zamanı "Su-30" təyyarəsi qəzaya uğrayıb.

News24.az​​​ xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

Təyyarə Miranda ştatı üzərində uçuş zamanı qəzaya uğrayıb.

Təyyarədə yüksək rütbəli zabitlərin olduğu, onlardan birinin - polkovnikin öldüyü bildirilir.