Hərbi helikopter qəzaya uğradı
    • 17-01-2024, 10:00
    • 122

Hərbi helikopter qəzaya uğradı

Qırğızısatnın paytaxtı Bişkekdə hərbi helikopter qəzaya uğrayıb.

News.24.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb. 

Məlumata görə, bu gün saat 11:00 radələrində Mi-8 hərbi vertolyotu Frunze-1 ərazisinin Dostuk kəndi yaxınlığında qəzaya uğrayıb.

Qəza nəticəsində 1 nəfər ölüb, təyyarədə olan 7 nəfər isə yaralanıb.

Hadisə hərbi təlim zamanı baş verib.

Mehriban Mirzəzadə