-
- 24-01-2024, 16:39
- 157
Rəisi Türkiyədədir
İran prezidenti İbrahim Rəisi həmkarı Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Ankaraya səfər edib.
News24.az "İRNA"ya istinadən xəbər verir ki, İran hökumətinin başçısı İran və Türkiyə İqtisadi Əməkdaşlıq üzrə Ali Şurasının VIII iclasında iştirak edəcək.
Səfər çərçivəsində Ankarada prezident Ərdoğan və İran prezidenti Rəisinin sədrliyi ilə Türkiyə-İran Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının səkkizinci iclası keçiriləcək.
Rəisi və Ərdoğan İran və Türkiyədən olan iş adamlarının birgə görüşündə də iştirak edəcəklər. Daha sonra İran prezidenti Türkiyədə yaşayan iranlılarla görüşəcək.
Qumral