-
- 24-01-2024, 17:30
- 215
Macarıstan İsveçin NATO-ya üzüvlüyünü dəstəkləyir
Macarıstan hökuməti İsveçin NATO-ya daxil olmasını dəstəkləyir və Macarıstan parlamentini ilk fürsətdə sazişi ratifikasiya etməyə çağırır.
News24.az xəbər verir ki, bu barədə Macarıstanın baş naziri Viktor Orban NATO-nun baş katibi Yens Stoltenberqlə telefon danışığından sonra bildirib.
"NATO-nun baş katibi Yens Stoltenberqlə telefon danışığını indicə bitirdim. Macarıstan hökumətinin İsveçin NATO-ya üzvlüyünü dəstəklədiyini təsdiqlədim. Həmçinin vurğuladım ki, biz Macarıstanın Dövlət Assambleyasını İsveçin qoşulması və ən erkən fürsətdə tam ratifikasiyası üçün səsverməyə çağırmağa davam edəcəyik,”- deyə Orban X sosial şəbəkəsində yazıb.
Qeyd edək ki, İsveç və Finlandiya 2022-ci ildə Şimali Atlantika Alyansına qoşulmaq üçün müraciət edib. Finlandiya 2023-cü ildə blokun 31-ci üzvü olub. Türkiyə parlamenti isə İsveçin NATO-ya üzvlüyünü yanvarın 23-də təsdiqləyib. Rəsmi Stokholmun NATO üzvünə çevrilməsi üçün indi ancaq Macarıstanın ratifikasiyasına ehtiyacı var.
Mehriban Mirzəzadə