Bakıda film kimi zəncirvari qəza - ANBAAN VİDEO
    • 24-01-2024, 22:21
    • 513

Bakıda film kimi zəncirvari qəza - ANBAAN VİDEO

Paytaxtın Ziya Bünyadov prospektində zəncirvari yol-nəqliyyat vasitəsi baş verib.

News24.az Avtosfer.az-a istinadla bildirir ki, qəza yanvarın 20-si saat 16:19 radələrində qeydə alınıb. Belə ki, idarəetmədən çıxan “BMW” markalı avtomobil öncə hərəkətdə olan “Opel” markalı maşınla toqquşaraq b. Daha sonra o “VAZ-21015” markalı maşına dəyərək sol zolaqdakı “Toyota” markalı avtomobilə çırpılıb. Zərbənin təsirindən zolağını dəyişən “VAZ” qəzalı vəziyyətdə olan “Opel”ə dəyib. İddialara əsasən, qəzaya səbəb yüksək sürət həddi olub. Nəticədə 4 avtomobilə ciddi maddi ziyan dəyib. Həmçinin sürücülər arasında xəsarət alan olub.

Qeyd edək ki, faktla bağlı araşdırma davam edir.