"Chevrolet" "Kia"ya çırpıldı
    • 1-02-2020, 01:29
    • 928

"Chevrolet" "Kia"ya çırpıldı

Bakıda iki nəqliyyat vasitəsinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

News24.az xəbər verir ki, qəza şəhərin Ziya Bünyadov prospektində körpünün üzərində qeydə alınıb. Belə ki, "Chevrolet" markalı avtomobil hərkətdə olan "Kia" markalı avtomobilə çırpılıb.

Qəza nəticəsində hər iki avtomobilə ciddi ziyan dəyib.  Bir müddət körpününün üzərində nəqliyyatın hərəkətində fasilə yaranıb.

Faktla bağlı araşdırma aparılır.