-
- 15-04-2019, 13:31
- 3 226
Azərbaycanda ilk dəfə tele-opera çəkildi - "Sevil" OPERASI - FOTOLAR - VİDEO
Görkəmli bəstəkar Fikrət Əmirovun Sevil operasının tele operası çəkilib.
News24.az xəbər verir ki, layihənin ideya müəllifi Azərbaycan televiziyası “Mədəniyyət” kanalının direktoru Ramil Qasımovdur. Tamaşada baş rolları əməkdar artistlər Afaq Abbasova (Sevil), Ramil Qasımov (Balaş), İnarə Babayeva (Dilbər), Səbinə Vahabzadə (Gülüş), Cahangir Qurbanov (Babakişi), Əli İbrahimov (Atakişi), xalq artisti Əkrəm Poladov (Məmmədəlibəy), Fəhmin Əhmədov ifa ediblər.
R.Qasımov sözügedən layihənin həyata keçirilməsini mədəni sahədə böyük addım olduğunu bildirib: “Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, qüdrətli ədib və böyük dramaturq, Cəfər Cabbarlının 120 illik yubileyinin keçirilməsi haqqında, ölkə rəhbəri cənab prezident sərəncam verdi. Bu məqsədlə düşündük ki, Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndəsi Fikrət Əmirov və Cəfər Cabbarlının “Sevil” operasını tele-opera şəkilində çəkib xalqımıza təqdim edək. Bu opera, müxtəlif illərdə bizim özünəməxsus sənətkarlarımız tərəfindən ifa olunub. Azərbaycan Televiziyası, “Mədəniyyət” kanalı, MədəniyyətNazirliyi, Akademik Opera və Balet Teatrının birgə layihəsi kimi reallaşan bu opera yüksək texnoloji avadanlıqla ilk olaraq lentə alınıb, HD formatla çəkilib, ifaçılara gəldikdə mən tamaşanın dirijoru, Akademik Opera və Balet Teatrının baş dirijoru əməkdar artist- Eyyub Quliyev öhdəsinə düşən məsuliyyətli və tarixi işin öhdəsindən gözəl gəldi. Tele-opera Akademik Opera və Balet Teatrının baş rejissoru əməkdar incəsənətxadimi-Hafiz Quliyevdir. Qərblə Şərqin sintezi, həmçinin aktorların fərqli daxili dramaturgiyası aydın tamaşaçılara açılır. Fürsətdən istifadə edib, bütün yaradıcı heyətə bu layihənin gerçəkləşməsində əziyyəti olan əməkdaşlarımıza minnətdarlığımı bildiririrəm. Düşünürəm ki, bu tele-opera birinci olaraq gələcək nəsillərə bir töhvə olacaq”.