Şirvanda avtomobil piyadanı vuraraq ağır xəsarətlər yetirib
    • 25-01-2024, 00:04
    • 181

Şirvanda avtomobil piyadanı vuraraq ağır xəsarətlər yetirib


Şirvanda yol-nəqliyyat hadisəsi baş verib.

News24.az APA-ya istinadla xəbər verir ki, Şirvan sakini, 1980-ci il təvəllüdlü Babayev Fuad Babaxan oğlunu minik maşını vuraraq ağır yaralayıb.

Piyada çoxsaylı sınıq xəsarətləri ilə (politravmalarla) Şirvan Şəhər Xəstəxanasına yerləşdirlib.

Onun ixtisaslı müalicə alması üçün paytaxta - Travmatalogiya Mərkəzinə göndərilməsi gözlənilir.

Faktla bağlı araşdırma aparılır.