Sabirabadda qəzaya düşən piyada ağır xəsarət alıb
    • 22-04-2022, 21:57
    • 367

Sabirabadda qəzaya düşən piyada ağır xəsarət alıb

Sabirabadda avtomobil piyadanı vuraraq ağır yaralayıb.

Hadisə Sabirabad rayonunun Qaragüney kəndi ərazisində qeydə alınıb.

“VAZ-2107” markalı avtomobil yolu keçən rayonun Minbaşı kənd sakini, 1974-cü il təvəllüdlü Sarıyev Səfa Xanhüseyn oğlunu vurub. Yaralı ağır vəziyyətdə Şirvan xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirilib və əməliyyata götürülüb.

Faktla bağlı araşdırma aparılır. /Apa.az/