-
- 25-01-2024, 14:00
- 176
Çinin xarici işlər naziri Taylanda səfər edəcək
Çinin xarici işlər naziri Vanq Yi yanvarın 26-dan 29-dək Taylanda dördgünlük səfər edəcək.
News24.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Qeyd olunur ki, Çin xarici işlər nazirinin səfəri Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası (ASEAN) ölkələrinin xarici işlər nazirlərinin Laosda keçiriləcək görüşündən bir neçə gün əvvəl baş tutacaq.
Məlumatda deyilir ki, səfər zamanı Vanq Yi və həmkarı Don Pramatvinai ticarət, investisiya, təhlükəsizlik, mədəniyyət və turizm sahələrində əməkdaşlığı müzakirə edəcəklər. Bundan əlavə, tərəflər qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər üzrə fikir mübadiləsi aparacaqlar.
Mehriban Mirzəzadə