Xaçmazda yeniyetmələr avtomobil oğurladı
    • 25-01-2024, 21:51
    • 180

Xaçmazda yeniyetmələr avtomobil oğurladı

Xaçmazda avtomobil qaçırılıb.

Daxili İşlər Nazirliyindən News24.az-a verilən xəbərə görə, yanvarın 23-də Xaçmaz rayonunun Barlı kəndi ərazisindən “Hyundai” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Quba və Neftçala rayon sakinləri olan iki yeniyetmə avtomobillə saxlanılıblar.