Avtomobil oğurlayan şəxslər SAXLANILDI
    • 3-08-2023, 11:00
    • 159

Avtomobil oğurlayan şəxslər SAXLANILDI

Naxçıvanda avtomobil oğurlayan şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyindən News24.az-a bildirilib ki, avqustun 2-də saat 16 radələrində Naxçıvan şəhəri ərazisindən “Audi” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub.

Naxçıvan ŞPİ 1-ci Polis Bölməsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla avtomobilin şəhər sakinləri Rəhman Həsənov və bir yeniyetmə tərəfindən qaçırılması, idarə edilərkən “QAZ-3110” markalı avtomobilə vurulması müəyyən olunub.

Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən R.Həsənov və həmin yeniyetmə saxlanılıblar. Araşdırma aparılır.