8 mindən çox ukraynalı Rusiya əsirliyindədir
    • 26-01-2024, 08:22
    • 213

8 mindən çox ukraynalı Rusiya əsirliyindədir



8 mindən çox ukraynalı (mülki və hərbçi - red.) Rusiya əsirliyindədir.

News24.az axar.az-a istinadən xəbər verir ki, bunu Ukraynanın Əsirlərin Müalicəsi üzrə Koordinasiya Qərargahının nümayəndəsi Yuri Taranyuk bildirib.

"İndiyədək 49 mübadilə aparılıb və 2828 nəfər evlərinə qaytarılıb. Hazırda 8 mindən çox insan əsirlikdədir, onlardan 1600-dən çoxu mülki şəxsdir. Daha on minlərlə insan - həm mülki vətəndaşlar, həm də hərbi əsirlər - itkin düşənlər siyahısındadır", - o vurğulayıb.

Onun sözlərinə görə, əsirlikdə olan 8 mindən çox insanın yalnız yarısından çoxu Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) vasitəsilə Rusiya tərəfindən təsdiqlənib. Digər əsirlər haqqında məlumat başqa üsullarla, xüsusən də azad edilmiş əsirlərdən əldə edilib.