Azərbaycanda 160 mindən çox uşağa görə aliment ödənilir
    • 16-12-2021, 15:32
    • 469

Azərbaycanda 160 mindən çox uşağa görə aliment ödənilir

“İcra xidmətinin icraatında 700 mindən çox icra sənədləri varsa, onlardan 100 mindən çoxu aliment tələbi ilə bağlıdır".

News24.az-ın məlumatına görə, bunu Ədliyyə Nazirliyinin İcra Baş idarəsinin analitik-nəzarət şöbəsinin aparıcı məsləhətçisi Kəmalə Əhmədova “Aliment və digər borc tələblərinə dair qərarların icrası” mövzusunda keçirilən canlı yayımda deyib.

O bildirib ki, əgər icra xidmətində 7 yüz mindən çox icra sənədləri varsa, bunun 100 mindən çoxu aliment tələbinə dair sənədlərdir və bunların sayı ilbəil artmaqdadır: “Aliment işlərində uşaqların sayı 160 mindən çoxdur".

“2009 -cu ilin statistikasına nəzər salsaq, görərik ki, 25 mindən çox aliment tələbinə dair icra sənədləri var idisə, artıq son 12 ildə bu rəqəm 4 dəfəyə qədər artıb”, - deyə K.Əhmədova bildirib.