3 mindən çox insan mina terrorunun qurbanı OLDU
    • 26-09-2023, 13:11
    • 281

3 mindən çox insan mina terrorunun qurbanı OLDU

Son 32 ildə 3 000-dən çox insan Ermənistanın mina terrorunun qurbanı olub.

News24.az  xəbər verir ki, bu barədə "Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyinin sədri Hafiz Səfixanov qurumun “İşğaldan azad olunmuş ərazilərdə minaların və partlamamış hərbi sursatların yaratdığı problemlərə dair hesabatın hazırlanması və beynəlxalq ictimaiyyətə çatdırılması” adlı layihənin sona çatması ilə əlaqədar keçirdiyi mətbuat konfransında məlumat verib.

Onun sözlərinə görə, 1991-ci ildən indiyədək üç mindən çox insan mina və partlamamış hərbi sursatların qurbanı olub: "2020-ci il noyabr 10-dan indiyədək isə 63 nəfər mina terroru nəticəsində həlak olub və onlardan 48-i mülki şəxsdir. Bu statistikalar da kifayət qədər ciddidir".