-
- 26-01-2024, 14:17
- 237
ABŞ-də ilk dəfə maye azotla edam edildi
ABŞ-də ilk dəfə olaraq azot hipoksiyasından istifadə edilməklə məhkum öldürülüb.
News24.az bildirir ki, ABŞ-də bu edam üsulu üç ştatda qanuni olsa da, lakin əvvəllər heç vaxt istifadə olunmamışdı.
Belə ki, ötən gün 1988-ci ildə sifarişli qətlə görə məhkum edilmiş 58 yaşlı Kennet Eugene Smith Alabama ştatında bu üsulla edam edilib. Ştat baş prokurorluğundan verilən məlumata görə, Smitə nəfəs maskası vasitəsilə azot verildiyi prosedur təxminən yarım saat davam edib.
Əvvəllər ABŞ məhkəmələrində bu edam üsulunun tətbiqinə etiraz etmək cəhdləri olub, lakin bu həftənin əvvəlində iddia nəhayət ABŞ Ali Məhkəməsi tərəfindən rədd edilib.
Nəzrin