İranda daha 3 nəfər edam cəzasına məhkum edildi
    • 10-01-2023, 02:05
    • 390

İranda daha 3 nəfər edam cəzasına məhkum edildi

İranda daha 3 nəfər edam cəzasına məhkum edilib.

Həmin edamlara səbəb kimi şəxslərin nümayişlərdə təhlükəsizlik əməkdaşını qəsdən öldürmələri göstərilir.

Hazırda İranda azı 29 nəfər edam cəzası ilə mühakimə olunur.

Norveçdə yerləşən İran İnsan Haqları Təş kilatının son hesabatına görə, etirazlarda 516 nümayişçi həyatını itirib, həbs olunan və nəzarətə alınanların sayı isə 20 minə yaxınlaşıb.