-
- 26-01-2024, 15:50
- 193
Məşhur müğənni həbs edildi - FOTO
Türkiyəli məşhur müğənni Murat Başaran 10 aylıq həbs cəzasına məhkum edilib.
News24.az xəbər verir ki, buna səbəb sənətçinin 2022-ci ildə çəkilən "Mahalle" filminə musiqi bəstələməsi olub.
Sözügedən filmin DHKP-C terror təşkilatına aid olduğu üzə çıxanda müğənni və 2 nəfərə qarşı iddia qaldırılıb.
Başaran məhkəmədə filmin DHKP-C terror təşkilatına aid olduğunu bilmədiyini və yalnız musiqi ilə məşğul olduğunu iddia edib. Lakin Başaran filmə musiqi bəstələdiyi üçün “silahlı terror təşkilatının təbliğatı” ittihamı ilə 10 ay həbs cəzasına məhkum edilib.
Teymur MƏMMƏDOVA