Məşhur serial bu səhnəyə görə MƏHKƏMƏLİK OLDU - 30 min təzminat TƏLƏBİ
    • 24-08-2018, 11:10
    • 1 509

Məşhur serial bu səhnəyə görə MƏHKƏMƏLİK OLDU - 30 min təzminat TƏLƏBİ

Türkiyənin məşhur "Fəzilət  xanım və qızları" teleserialında yol verilmiş kiçik bir xəta film heyətinə 30 min türk lirəsinə başa gələcək.

News24.az xəbər verir ki, filmin 37-ci bölümündə qəbirstanlıqda şəkilən kadrlar zamanı, kiçik bir otaqda çəkilən səhnədə məşhur iş adamının məzarının lentə ailınması ailəsinin narazılığına səbəb olub. Moldoviyada yol qəzasında həlak olan "Tarabya Hayrola Cafe" ortaqlarından olan Ceyhun Başaran adlı şəxsin məzar daşı kadrlara düşüb. Ceyhun Başaran Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın İstanbul Böyükşəhər Bələdiyyə sədri olduğu dövrlərdə onun şəxsi qoruması kimi çalışıb.

İrəm Başran atasının məzar daşının serialda kadr olaraq istifadəsindən narahat olduğunu bildirərək vəkilinə müraciət edib. Vəkil isə serialın çəkildiyi "Avşar Film"i məhkəməyə verərək onlara vurulan mənəvi ziyanın qarşılığında 30 min türk lirəsi (8400 AZN) təzminat tələb edib.

 Ceyhun Başaran Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın İstanbul Böyükşəhər Bələdiyyə sədri olduğu dövrlərdə onun şəxsi qoruması kimi çalışıb.