Xüsusi təhsil barədə qərarı kim verəcək? - VİDEO

Xüsusi təhsil barədə qərarı kim verəcək? - VİDEO Sosial

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən psixoloji-tibbi-pedaqoji komissiyaların yeni tərkibinin formalaşdırılması ilə bağlı elan edilən işə qəbul üzrə müsabiqəyə 150 nəfər sənəd verib.

BŞTİ-dən RTV-yə bildirilib ki, hazırda namizədlərin sənədlərinin emalı prosesi aparılır. 

Müsabiqədə məktəbəqədər və ümumi təhsil müəssisələrində çalışan loqoped, psixoloq və xüsusi təhsil sahəsində təcrübəsi olan müəllimlər iştirak edirlər. Namizədlər sağlamlıq imkanları məhdud uşaqların diaqnostikasını aparacaq, bunun əsasında onların xüsusi təhsilə cəlb olunması barədə qərar qəbul edəcək, valideynlərə və ya digər qanuni nümayəndələrə müvafiq məsləhətlər verəcəklər.