-
- 26-01-2024, 20:39
- 529
Aygün Kazımova Namiq Qaraçuxurludan elə şeylər danışdı ki...
Xalq artisti Aygün Kazımova meyxanaçı Namiq Qaraçuxurlu ilə münasibətlərindən danışıb.
News24.az Lent.az-a istinadla xəbər verir ki, o doğum günü münasibətilə təşkil edilən məclisdə jurnalistlərə açıqlama verib.
"Biz hər zaman Namiqlə görüşəndə salamlaşırdıq. Amma aralıqda buzlar var idi. Bir dəfə Moskvaya tədbirə dəvət aldıq. Ondan sonra Namiq ilə daha çox birlikdə çıxışlarımız oldu. Bilirəm, ağlınızdan min şey keçir, amma onu cavablandırmayacağam”, - müğənni bildirib.
O qeyd edib ki, yeni duetlər olacaq.
“Namiq mahnımızın üzərində çalışır. Ən böyük məsuliyyət Namiqin üzərinə düşür. Çünki mahnının musiqisi və sözlərini o yazır. Mənə nə var ki, otururam, deyirəm ki, bunu çıxar. Ona görə də çalış, Namiq, çalış", - Aygün vurğulayıb.