-
- 7-11-2024, 20:57
- 231
Dolğun saçların sirri - bu üsuldan istifadə edin
Saça qulluq edərkən təbii üsulların seçilməsi saçınızın canlı və parlaq strukturunu daha uzun müddət saxlamağa kömək edəcək. Zamanla saç baxımı kimyəvi məhsullarla həyata keçirildikdə saçlarımız təbii yağ balansını itirir və qurumağa başlayır.
News24.az xəbər verir ki, bunun əvəzinə saçlarınıza təbii üsullar tətbiq edə bilərsiniz.
Saç baxımına soda əlavə etsəniz təsirlərinə inanmayacaqsınız. Soda, ev təmizliyindən tutmuş yemək bişirməyə qədər geniş çeşidli istifadələri ilə həyatımızı asanlaşdırmağa kömək edir.
Soda saçda yenilənmə və pilinq edir. Baş dərisinin bu şəkildə nəfəs almasına kömək edən soda, qaşınmanı aradan qaldırır və dərini sakitləşdirir.
Saç baxımında soda istifadə etmək üçün şampun şüşəsinə 1 qaşıq əlavə edə bilərsiniz. Beləliklə, şampun və sodanı birlikdə istifadə edərək hər yumada saçınız yenilənəcək.
Saç baxımı üçün soda maskası da hazırlaya bilərsiniz. Bu maskanı hazırlamaq üçün 1 çay qaşığı sodaya 3 çay qaşığı su əlavə edərək qarışdırıb, qarışımı saçınıza çəkə bilərsiniz. 10 dəqiqə gözlədikdən sonra saçınızı yuyun.
Məryəm İlhamqızı