Yanvarın sosial ödənişləri yekunlaşıb
    • 26-01-2024, 18:46
    • 168

Yanvarın sosial ödənişləri yekunlaşıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən yanvar ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımlarının ödənişi də başa çatdırılıb.

Nazirlikdən News24.az-a verilən xəbərə görə, bundan əvvəl – yanvarın 10-da Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu, yanvarın 16-da bölgələr üzrə, habelə güzəştli şərtlərlə pensiya alan şəxslərin yanvar ayının pensiyaları ödənilib.

Beləliklə, bu ay üzrə bütün pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları ödənilib.