Qəzzada ölənlərin sayı artdı
    • 27-01-2024, 16:00
    • 186

Qəzzada ölənlərin sayı artdı

İsrailin Qəzza zolağında keçirdiyi əməliyyat nəticəsində ölənlərin sayı 26,2 mini ötüb.

News24.az xəbər verir ki, bu barədə Qəzza Səhiyyə Nazirliyi məlumat yayıb.

"Gərginliyin artdığı gündən Qəzzada İsrailin təcavüzü qurbanlarının sayı 26 257 nəfərə çatıb",- deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, 7 oktyabr 2023-cü ildən bu günə qədər Zolaqda 64 797 fələstinli yaralanıb.

Mehriban Mirzəzadə