Çörçillin diş protezləri hərraca çıxarılır
    • 28-01-2024, 12:34
    • 153

Çörçillin diş protezləri hərraca çıxarılır


Baş nazir Uinston Çörçillin diş protezləri Britaniyada hərraca çıxarılır.

News24.az lent.az-a istinadən bildirir ki, siyasətçinin İkinci Dünya Müharibəsi zamanı məşhur "Biz çimərliklərdə döyüşəcəyik" çıxışı zamanı bu protezi taxdığı məlumdur.

Qızıl çərçivəli protezin qiyməti 5000-8000 funt sterlinq arasındadır. Ancaq eyni zamanda, mütəxəssislər Çörçillin "dişləri" uğrunda mübarizənin başlayacağına və çənənin daha böyük məbləğə satılacağına əmindirlər.

Hərrac fevralın 6-da Çeltenhemdə keçiriləcək.