Robbi Uilyams futbol klubunun prezidenti oldu
    • 28-01-2024, 19:55
    • 184

Robbi Uilyams futbol klubunun prezidenti oldu

Britaniyalı müğənni Robbi Uilyams İngiltərənin "Port Vale" futbol klubunun prezidenti olub.

News24.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə komandanın mətbuat xidməti "X" sosial şəbəkəsində məlumat yayıb.

Qeyd olunur ki, Uilyams əslən sözügedən klubun yerləşdiyi Stok-on-Trent şəhərindəndir və uzun müddətdir komandanın azarkeşidir.

"Mənim həyatım qeyri-adi və gözəldir. Klub prezidenti vəzifəsini əldə etmək isə xüsusi bir hissdir", - deyə musiqiçi bildirib.