Putin prezident seçkilərində namizəd kimi qeydə alındı
    • 29-01-2024, 12:49
    • 186

Putin prezident seçkilərində namizəd kimi qeydə alındı

Mərkəzi Seçki Komissiyası (MSK) Vladimir Putini Rusiya prezident seçkilərində namizəd kimi qeydə alıb. 

News24.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Məlumata görə, hazırkı dövlət başçısının namizədliyinin müdafiəsi üçün təqdim edilən bütün imzaların yalnız bir faizi etibarsız olub. Putin 314 min 909 imza toplayıb və bu da namizədin qeydə alınması üçün kifayət edib. 

Xatırladaq ki, Rusiyada prezident seçkiləri üç gün ərzində - martın 15-dən 17-dək keçiriləcək. Seçkilərdə uzaqdan səsvermə Rusiyanın 29 regionunda keçiriləcək. Rusiyada qarşıdan gələn prezident seçkilərində potensial olaraq 38 milyon insan uzaqdan səs verə biləcək.

Qumral