-
- 29-01-2024, 14:42
- 359
Ruhəngiz Allahverdiyeva Elgizin verilişində əsəbiləşdi
Əməkdar artist Ruhəngiz Allahverdiyeva TV-də əsəbiləşib.
News24.az bizim.media-ya istinadla xəbər verir ki, o, "Elgizlə izlə"də studiyaya girməmiş kulisdə özündən çıxıb.
Həmin an Elgiz "Bu nə haray, müsibətdir, baş verir?" deyə müğəninin yanına gedib.
Həmin an mikforonlar söndürülüb, efirə yüksək səslə musiqi verilib. Kameralar Allahverdiyevanın Elgizlə etiraz dolu dialoqunu çəkərək nümayiş etdirib.
Müğənninin mikrofonu bağlı olsa da, dediyi aydın sezilib: "Bir daha bu verilişə gəlməyəcəyəm. Çıxıb gedirəm. Qurtardı, getdi. Mən daha olmayacağam burada. İstəmirəm".
Studiyaya qayıdan Elgiz müğənninin əsəbiləşməsinin səbəbini belə açıqlayıb:
"Deyirlər ki, ən böyük biclik düzlükdür. Ruhəngizin bir qız tələbəsi var. Mənə söylədi ki, onunla birgə verilişə gəlmək istəyir. Mən də sevindim və razılığımı verdim. İndi geyim məsələsi çox ciddi nəzarət olunur. Tələbə xanım açıq-saçıq geyimdə gəldiyi üçün onu efirə buraxa bilmədik. Ruhəngiz də buna görə əsəbiləşdi".
Daha sonra R.Allahverdiyeva hədiyyələrlə studiyaya daxil olub və E.Əkbəri doğum günü münasibəti ilə təbrik edib.