SON DƏQİQƏ! İrakli Qaribaşvili istefa verdi
    • 29-01-2024, 17:20
    • 210

SON DƏQİQƏ! İrakli Qaribaşvili istefa verdi

Gürcüstanın baş naziri İrakli Qaribaşvili istefa verir.

News24.az xəbər verir ki, bu barədə baş nazir İrakli Qaribaşvili hökumət administrasiyasında keçirdiyi brifinqdə bildirib.

Qeyri rəsmi məlumatlara görə, yaxın vaxtlarda İrakli Kobaxidze baş nazir postunda İrakli Qaribaşvilini əvəz edəcək.

Məlumat üçün bildirək ki, İrakli Qaribaşvili ilk dəfə 2013-cü ildə Gürcüstanın baş naziri vəzifəsini tutub. O, bu vəzifədə “Gürcü arzusu”nun yaradıcısı Bidzina İvanişvilini əvəz edib, lakin 2015-ci il dekabrın 30-da istefa verib. Daha sonra Giorgi Kvirikaşvili Gürcüstanın baş naziri postunda İrakli Qaribaşvilini əvəzləyib.

İrakli Qaribaşvili ikinci dəfə Gürcüstan hökumətinin başçısı vəzifəsinə gəlməzdən əvvəl ölkənin müdafiə departamentinə rəhbərlik edib və o, 2021-ci il fevralın 22-də Giorgi Qaxariyanı əvəzləyərək ikinci dəfə baş nazir vəzifəsini tutub.

Nəzrin