Qaribaşvili istefaya göndəriləcək - İDDİA
    • 29-01-2024, 14:19
    • 292

Qaribaşvili istefaya göndəriləcək - İDDİA

Hakim “Gürcü arzusu” partiyasında kadr dəyişiklikləri ilə bağlı məlumatlar yayılıb.

News24.az xəbər verir ki, bu barədə mətbuatda məlumat yayılıb.

İddialara əsasən, hazırki baş nazir İrakli Qaribaşvili postundan istefaya göndəriləcək və onun yerinə partiyanın indiki sədri İrakli Kobaxidze təyin olunacaq.

Qeyd olunur ki, partiya müdafiə naziri postuna İrakli Çikovaninin namizədliyini nəzərdən keçirir.

Bir versiyaya görə, partiyanın sədri postuna İrakli Qaribaşvili nəzərdə tutulur, digər versiyaya görə, bu vəzifəni Bidzina İvanişvilinin oğlu - Uta İvanişvili tuta bilər.

Müxalifət əmindir ki, hakim komandada dəyişikliklər formal xarakter daşıyacaq və Bidzina İvanişvili vəzifələrə onun etibar etdiyi adamları təyin etməyə çalışacaq.

Nəzrin