Qəzzaya hava hücumu: ÇOX SAYDA ÖLÜ VAR
    • 30-01-2024, 07:47
    • 160

Qəzzaya hava hücumu: ÇOX SAYDA ÖLÜ VAR

İsrailin hava hücumu nəticəsində Qəzza şəhərində əksəriyyəti uşaq və qadınlardan ibarət ən azı 20 fələstinli həlak olub, bir neçə nəfər yaralanıb.

News24.az xəbər verir ki, bu barədə Fələstinin WAFA agentliyi məlumat yayıb.

İsrail aviasiyasının Sabra bölgəsindəki yaşayış binasına, həmçinin Qəzza zolağının mərkəzi hissəsindəki Nuseyrat qaçqın düşərgəsinə zərbələr endirdiyi bildirilib. Bundan əlavə, İsrail ordusunun artilleriyası Fələstin anklavının cənubunda yerləşən Xan Yunis şəhərinin ətrafını atəşə tutub.

Son məlumatlara görə, Qəzza zolağında 2023-cü il oktyabrın 7-də eskalasiya başlayandan bəri həlak olan mülki vətəndaşların sayı 26 637 nəfərə yüksəlib, 65 387 nəfər yaralanıb, 8 minə yaxın insan itkin düşüb.

Teymur Məmmədov