-
- 7-10-2023, 18:13
- 563
İsrailə raket hücumları nəticəsində ölənlərin sayı artdı - 900 yaralı var - YENİLƏNİB
İsrail ərazisinin Qəzza zolağından raket atəşinə tutulması nəticəsində ölən və yaralananların sayı artıb.
News24.az xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb.
Nəşrin məlumatına görə, raket zərbələri nəticəsində 22 nəfər həlak olub, 300-dən çox adam ağır yaralanıb.
Xatırladaq ki, bu gün səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Bunun ardınca İsrail ordusu Qəzza zolağında “Dəmir qılınclar” adını verdiyi hərbi əməliyyata başlayıb.
***
İsrail ordusunun Qəzza zolağına hücumları nəticəsində 160 fələstinli həlak olub, 1,5 minə yaxın insan isə yaralanıb.
News24.az "The Times of Israel"-ə istinadən xəbər verir ki, İsrail HƏMAS qruplaşmasının kütləvi hücumu başlayandan bəri ən azı 40 nəfər həlak olub, 700-dən çox insan yaralanıb.
Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ordusu Qəzza zolağından olan fələstinli radikalların İsrail ərazisinə raket zərbələri endiriblər. Raket hücumlarına cavab olaraq İsrail Müdafiə Qüvvələri Qəzzada hərbi əməliyyata başladığını açıqlayıb. Bundan sonra ehtiyatda olan hərbçilər səfərbərliyə cəlb edilib.
Qumral