İsrail məktəbi atəşə tutdu: ÇOX SAYDA ÖLƏN VAR
    • 29-01-2024, 11:57
    • 185

İsrail məktəbi atəşə tutdu: ÇOX SAYDA ÖLƏN VAR

Qəzza şəhərinin qərbindəki Rimal bölgəsində yerləşən BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) məktəbi İsrail tərəfindən atəşə tutulub.

News24.az xəbər verir ki, bu barədə “Al Jazeera” telekanalı məlumat yayıb.

Zərbə nəticəsində azı 10 nəfərin həlak olduğu bildirilib. 

Binaya Qəzza zolağının digər bölgələrindən döyüşlərdən qaçan köçkünlərin sığındığı iddia edilir.

Teymur MƏMMƏDOV