-
- 30-01-2024, 17:32
- 264
"Paşinyan bu cür qeyri-ciddi təkliflərlə..."
“Nikol Paşinyan Azərbaycanla Ermənistan arasında hücum etməmək haqqında pakt imzalamaq təklifi siyasi bəyanatdan başqa bir şey deyil”.
Bunu News24.az-a açıqlamasında siyasi şərhçi Natiq Miri bildirib.
O deyib ki, əsas məqsəd diqqəti sülh müqaviləsindən başqa kontekstə yönəltmək, eləcə də Ermənistanın sülhpərvər görüntüsünü yaratmaqdan ibarətdir:
“Nikol Paşinyan Azərbaycanın ədalətli şərtləri altında sülh müqaviləsinin yaxın zamanda imzalanacağına əmin olsaydı, bu cür qeyri-ciddi təkliflərlə, bəyanatlarla çıxış etməzdi. İki dövlət arasında sülh müqaviləsi imzalanmadan, dövlətlərarası diplomatik münasibətlər qurulmadan bir-birinə hücum etməməklə bağlı hər hansı bir sənədi necə imzalamaq olar? Bu, qeyri-ciddi səslənir. Bunun üçün dövlətlərarası münasibətlər sisteminə, qarşılıqlı etimada ehtiyac var. Ermənistan da hələlik ciddi dövlət olaraq oturuşmadığı üçün zaman-zaman bu cür fikirləri ortalığa atmaqla rəhbərliyin sülh yönündə ciddi fəaliyyət göstərdiyi görüntüsünü yaratmaq istəyirlər”.
Fərid Azəri