İki əsr tikildi, 1 saata yandı - FOTO - VİDEO
    • 16-04-2019, 11:11
    • 2 777

İki əsr tikildi, 1 saata yandı - FOTO - VİDEO

Ötən gün Fransanın paytaxtı Parisdə baş verən güclü yanğın Paris Notr-Dam kilsəsinin (Paris Məryəm ana kilsəsi) tamamilə yanmasına səbəb olub.

News24.az xəbər verir ki, Fransanın əsas simvollarından biri sayılan kilsənin yanması dünya mediasının gündəmini zəbt edib.

Hazırda kilsəyə dəyən ziyanın miqdarını təyin etmək mümkün olmasa da bu gündən etibarən Paris Notr-Damın bərpasına görə maddi vəsaitin toplanması üçün yardım aksiyasına start veriləcək. Bu haqda prezident Emmanuel Makron xalqa müraciət edərkən bildirib. O, kilsəni birlikdə bərpa edəcəklərini deyib.

E. Makronun sözügedən açıqlamasından sonra Fransanın milyarder ailələrindən biri Paris Notr-Damın rekonstruksiyası üçün 100 milyon avro yardım etməyə hazır olduğunu açıqlayıb.

Yanğın zamanı damı çökən kilsədən son anda çarmıxa çəkilmədən öncə İsa peyğəmbərin başına qoyulan tikanlı tacı çıxarmaq mümkün olub.