Notr-Dam kilsəsi ilə bağlı şok – Yanacağı 500 il əvvəl bəlli idi
    • 17-04-2019, 14:36
    • 2 032

Notr-Dam kilsəsi ilə bağlı şok – Yanacağı 500 il əvvəl bəlli idi

İki gün əvvəl yanan Paris Notr-Dam kilsəsi haqda maraqlı iddia irəli sürülüb.

News24.az xəbər verir ki, yanğın zamanı ciddi ziyan görən kilsənin yanacağı barədə məlumat hələ 500 il əvvəl qeyd edilib.
Bu haqda məlumatı əfsanəvi kimyagər və öncəgörən Nostradamus zamanında bildirib. Onun gələcəklə bağlı proqnozunda “Qoç bürcü, Yupiter və Saturn. Əbədi Allah, hansı dəyişiklikləri gözləyək? Uzun əsrdən sonra pislik geri dönəcək. Fransa və İtaliya, siz dərin duyğulardan keçəcəksiniz” fikirləri yazılıb.
Yanğından sonra araşdırma aparan astroloqlar həmin günün qoç bürcü altında olduğunu və planetlərin isə Nostradamusun qeyd etdiyi kimi, eynilik təşkil etiyini görüblər.

Yanğın zamanı diqqətçəkən digər məqam isə Fransa prezidneti Emmanuel Makronun Nostradamusun istifadə etdiyi emosiya dolu fikirləri ilə xalqa müraciəti olub. O, “Twitter”də “ Paris Məryəm ana kilsəsi alov içindədir. Bu, bütün millətin duyğusudur” sözlərini yazıb.