-
- 16-04-2019, 11:15
- 865
DSX inkişaf edərək sərhədlərimizi mühafizə etməyə qadir olan quruma çevrilib
Dövlət Sərhəd Xidmətində hərbi qulluqçuların vətənpərvərlik ruhunda tərbiyə olunması, ölkəmizdə qanunçuluğun və hüquq sisteminin inkişafı istiqamətində əldə olunan nailiyyətlərin təbliği ilə bağlı mütəmadi olaraq tədbirlər həyata keçirilir.
DSX-nin Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, bu tədbirlər çərçivəsində aprelin 15-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Lənkəran sərhəd dəstəsində Hərbi Məhkəmə orqanlarının rəhbər heyətinin şəxsi heyətlə görüşü keçirilib.
Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şirvan Appelyasiya Məhkəməsinin Hərbi Kollegiyasının sədri Rauf Cəfərovun və Cəlilabad Hərbi Məhkəməsinin sədri Vüqar Əhmədovun iştirakı ilə keçirilən görüşdə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin ardıcıl olaraq həyata keçirdiyi uğurlu siyasət nəticəsində respublikamızda əmin-amanlığın, ictimai-siyasi sabitliyin əldə olunmasından, qanunçuluğun və hüquq sisteminin inkişafı istiqamətində görülən işlərdən və Dövlət Sərhəd Xidmətinin sürətlə inkişaf edərək ölkəmizin sərhədlərini mühafizə etməyə qadir olan bir quruma çevrilməsi barədə qürur hissi ilə danışılıb.
Tədbirdə cinayət hadisələrinin qarşısının alınması, hüquq qaydalarının və hərbi intizamın möhkəmləndirilməsi, hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarının pozulması nəticəsində hansı ağır nəticələrə səbəb olması, onların aradan qaldırılması üzrə profilaktik işin aparılması istiqamətində hərbi qulluqçulara müvafiq tövsiyələr verilmiş və onları maraqlandıran suallar cavablandırılıb.