-
- 30-01-2024, 19:05
- 166
Tovuzda qızdırıcı partladı, ev sahibi yaralandı
Tovuz rayonunun Xatınlı kəndində evlərin birində qızdırıcı partlayıb.
News24.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə nəticəsində kənd sakini 1996-cı il təvəllüdlü Aytəkin Abbasova bədənin 2-3-cü dərəcəli yanığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Ona tibbi yardım edilib, vəziyyətinin orta ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.