Gədəbəydə evdə partlayış olub, xəsarət alan var
    • 2-01-2023, 18:40
    • 263

Gədəbəydə evdə partlayış olub, xəsarət alan var

Gədəbəydə evdə qaz sızması nəticəsində partlayış olub.

Hadisə rayonun Qumlu kəndində qeydə alınıb.

Kənd sakini 2007-ci il təvəllüdlü Rəvan Ələsgərov bədənin müxtəlif hissələrinin yanığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Dərhal xəstəyə tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə, R.Ələsgərov evdə qazı yandıran zaman partlayış baş verib.

Faktla bağlı araşdırma aparılır. /APA/