-
- 16-04-2019, 11:29
- 1 136
Məhkəmə-Hüquq Şurasında "Qaynar xətt" yaradılıb
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 03 aprel 2019-cu il tarixli Fərmanı bu sahədə islahatların keyfiyyətcə yeni mərhələyə keçməsini şərtləndirmiş, məhkəmə-hüquq orqanlarının fəaliyyətinin müasir tələblər səviyyəsində qurulması üçün “yol xəritəsi” olub.
News24.az bildirir ki, fərmanda ədalət mühakiməsinin səmərəliliyinin artırılması və məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə çoxsaylı mütərəqqi tədbirlərlə yanaşı məhkəmələrin fəaliyyətinə müdaxilənin qarşısının alınması mexanizmlərinin təkmilləşdirilməsi və belə müdaxiləyə görə məsuliyyətin artırılması barədə konkret tapşırıq və tövsiyələr müəyyən edilib.
Eyni zamanda Fərmanda hakimlərin müstəqilliyinin təmin edilməsi, məhkəmələrin fəaliyyətinə müdaxilə və digər neqativ halların aradan qaldırılması məqsədilə müvafiq məlumatların qəbulu üçün Məhkəmə-Hüquq Şurasında qaynar xəttin yaradılması məsələsi qoyulub.
Bununla əlaqədar qeyd edilən məsələlər üzrə Şuraya birbaşa və maneəsiz müraciət etmək imkanlarının yaradılması məqsədilə zəruri avadanlıqla təchiz edilmiş "Qaynar xətt" əlaqə mərkəzi yaradılmaqla, ilkin olaraq (012)310-22-77 nömrəli telefon xətti ilə fəaliyyətə başlamışdır. "Qaynar xətt" əlaqə mərkəzinə bütün iş günlərində, iş vaxtı ərzində müraciət etmək mümkün olacaq.
Məhkəmə-Hüquq Şurası tərəfindən "Qaynar xətt" əlaqə mərkəzinə daxil olan və icraata götürülən aidiyyəti müraciətlər üzrə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətlərdə hərtərəfli, tam və obyektiv araşdırmaların aparılması təmin ediləcək.