-
- 6-05-2019, 13:26
- 1 096
Məhkəmələrdə süründürməçiliyə son qoyulacaq
"Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında fərmanla müxtəlif dövlət qurumlarına, təşkilatlara müəyyən tapşırıq və tövsiyyələr verilib".
Bunu birinci vitse-prezidentin köməkçisi Gündüz Kərimov “Azərbaycanda məhkəmə-hüquq islahatları: AmCham ilə müzakirələr” mövzusunda keçirilən konfransda deyib.
News24.az-ın xəbərinə görə, o fərmanda əksini tapan əsas məsələlərdən birinin də sahibkarlıq fəaliyyəti ilə bağlı məsələlərə, mübahisələrə baxan yeni ixtsaslaşmış məhkəmənin yaradılması olduğunu bildirib: "Fərmanda süründürməçilik və digər neqativ halların aradan qaldırılması məsələsi də öz əksini tapıb. Bunu həyata keçirmək üçün hakimlərin müstəqilliyinin təmin edilməsi, onların sosial müdafiəsinin gücləndirilməsi, məhkəmələrin işinə müdaxilələrin qarşısının alınması, hakimlərin peşəkar səviyyəsinin qiymətləndirilməsi və hüquq pozuntularına yol verən hakimlərin intizam məsuliyyətinə cəlb edilməsinin labüdlüyü məsələsi də xüsusilə vurğulanıb".
G. Kərimov biznes və hüquq ictimaiyyətini aktiv olmağa çağırıb.
Birinci vitse-prezidentin köməkçisi qeyd edib ki, "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" fərmanı bu sahə üçün strateji sənəd kimi qəbul etmək olar: “Fərmanda elektron məhkəmə ilə bağlı məsələlər də var. Hüquqi müəyyənliyin gücləndirilməsinə xidmət edəcək məhz bu elektrion məhkəmə sistemi də çox vacibdir. Fərmanda Ədliyyə Nazirliyinə elektron məhkəmə sistemi ilə bağlı işlərin yekunlaşdırılması və həmin sistem daxilində də müxtəlif meyarlar əsasında məhkəmə qərarlarının effektiv axtarış sisteminin yaradılması da nəzərdə tutulub. Bu, dünyanın aparıcı qərb ölkələrinin təcrübəsinə əsasən həyata keçiriləcək. Bu sistemin effektivliyi nəinki məhkəmə sistemi, eyni zamanda, istənilən şəxs üçün məhkəmə qərarlarının şəffaflığını, ardıcıllığını və əlçatanlığını təmin etməlidir”.
Afaq Mirayiq