"Bu, yeni islahatlar dalğası yaradacaq" - PA rəsmisi
    • 6-05-2019, 13:59
    • 1 357

"Bu, yeni islahatlar dalğası yaradacaq" - PA rəsmisi

Cəza siyasətinin humanistləşdirilməsi tədbirləri 14 min nəfərə şamil olunub Vüsal İsayev: “9 minə yaxın şəxs istintaq və məhkəmə mərhələsindən, 1800 nəfər cəzadan azad edilib”

Prezident İlham Əliyevin məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi ilə bağlı Fərmanı əsasında həyata keçirilən yeniliklərin sahibkarlar və biznes nümayəndələri ilə birgə müzakirəsi mühüm əhəmiyyətə malikdir”.

News24.az-ın xəbərinə görə, bunu Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər şöbəsinin sektor müdiri Vüsal İsayev “Azərbaycanda məhkəmə hüquq-islahatları: Azərbaycanda Amerika Ticarət Palatası ilə ictimai müzakirələr” mövzusunda konfransda bildirib.

Prezident Administrasiyasının rəsmisi deyib ki, hazırda ölkədə Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə mühüm islahatlar həyata keçirilir. O, dövlət başçısının məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi ilə bağlı Fərmanının məqsədinin bu sahədə müsbət dəyişiklikləri daha da sürətləndirmək, onun inkişafına yeni impuls vermək, ədalət mühakiməsi mexanizmlərini təkmilləşdirmək, sahibkarların hüquqlarını daha səmərəli müdafiə etmək olduğunu söyləyib.

Vüsal İsayev bu Fərmanla məhkəmə-hüquq sistemində yeni mərhələnin başlandığını və bunun yeni islahatlar dalğasını yaradacağını deyib. Vüsal İsayev islahatların əsas istiqamətlərindən