"Sevilirsən, Allaha şükürlər olsun” – Mərdan Kazımov
    • 31-01-2024, 12:11
    • 418

"Sevilirsən, Allaha şükürlər olsun” – Mərdan Kazımov

Xalq artisti Mələkxanım Eyubovanın qızı, influenser Nəzrin Nəcəfova nişanlısı Mərdan Kazımov haqda paylaşım edib.

Nəzrin “Bəziləri sıfırdan başlayır. Miras, bağlantı, dəstək, tanış, güzəşt yoxdur, sadəcə qan, tər, istedad və əzm var” sözləri yazılan fotonu bölüşərək Mərdan Kazımovu  işarələyib və “sən” yazıb.

Mərdan isə nişanlısına bu sözlərlə cavab verib:

“14 ildir çəkdiyim əziyyətin bəhrəsini son illərdə görürəm, Allaha şükürlər olsun. Bir də Nəzrin kimi möhtəşəm bir insanın mənəvi dəstəyini hiss etmək məni daha da həvəsləndirir. Biz normalda sosial mediada birgə paylaşımlar etməyi çox sevmirik, amma gecə-gecə yeni mahnı üzərində işlədiyin anda mənim haqda belə bir paylaşım etməsi məni duyğulandırdı, bunları yazmasam, olmazdı. Yaxşı ki, varsan, sevilirsən!”.

Könül