Bu ölkələrdə seçki məntəqələri yaradılıb - Siyahı
    • 31-01-2024, 16:18
    • 115

Bu ölkələrdə seçki məntəqələri yaradılıb - Siyahı

Fevralın 7-də baş tutacaq növbədənkənar Prezident seçkiləri ilə əlaqədar Azərbaycandan kənarda yaradılmış seçki məntəqələrinin yerləşdiyi ölkələrin siyahısı məlum olub.

News24.az Secki-2024.az-a istinadən xəbər verir ki, məntəqələrin yerləşdiyi diplomatik nümayəndəlik və konsulluqlar İtaliya, Koreya, Qazaxıstan (Astana, Almatı, Aktau), Qətər, Qırğızıstan, Latviya, Litva, Belçika, BƏƏ (Əbu-Dabi, Dubay), Böyük Britaniya, Çin, Çexiya, Estoniya, Fransa, Gürcüstan (Tbilisi, Batumi), İordaniya, İspaniya, İsveç, İsveçrə (Bern), Niderland, Özbəkistan, Pakistan, Polşa, Almaniya, ABŞ (Vaşinqton, Los-Anceles), Avstriya, Səudiyyə Ərəbistanı, Türkiyə (Ankara - 2 məntəqə, İstanbul - 2 məntəqə, Qars), Türkmənistan, Ukrayna, Yunanıstan, İran (Təbriz), Belarus, Moldova, Macarıstan, Rumıniya və Rusiyadadır (Moskva - 2 məntəqə, Sankt-Peterburq, Yekaterinburq).

Qeyd edək ki, növbədənkənar Prezident seçkilərində xaricdə olan Azərbaycan vətəndaşları 37 ölkədə təşkil edilmiş 49 seçki məntəqəsində səs verəcəklər. Səsvermə həmin ölkələrdə yerli vaxtla 08:00-dan 19:00-a qədər keçiriləcək.