-
- 31-01-2024, 16:35
- 155
Bu ölkədə güclü zəlzələ baş verdi
Tonqa krallığının sahillərində 5,8 bal gücündə zəlzələ qeydə alınıb.
News24.az xəbər verir ki, bu barədə Avropa Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.
Seysmoloqların məlumatına görə, zəlzələ krallığın paytaxtı, təxminən 23 min nəfər əhalisi olan Nuku'alofa şəhərindən 274 kilometr cənub-qərbdə baş verib.
Zəlzələnin ocağı 185 kilometr dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə heç bir məlumat yoxdur.
Mehriban Mirzəzadə